Marketə saxta pul verən qadınlar saxlanıldı

Tarix: 14-05-2024 11:25 | Bölmə: Kriminal | Baxış: 784

Marketə saxta pul verən qadınlar saxlanıldı

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisindəki marketlərin birində alış-veriş müqabilində satıcıya 3 ədəd 20 manatlıq saxta əsginas verilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Versiya.az-a verilən məlumata görə, rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin əməli törətməkdə şübhəli bilinən 2 qadın müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş