Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
SMS-icazə ilə bağlı dəyişiklik - Cavab 1 dəqiqəyə gəlməyəcək
25.06.2020 10:28
Bölmə:Sosial 93 dəfə oxunub

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən aparılmış araşdırmalar nəticəsində bəzi vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemi ilə bağlı sui-istifadə hallarına yol verildiyi aşkarlanıb.

Versiya.az xəbər verir ki, "Qafqazinfo"ya daxil olan məlumata görə, müəyyən olunub ki, cavabın qısa müddət ərzində (99,4% müraciət 1 dəqiqə ərzində) gəlməsindən sui-istifadə edən bəzi vətəndaşlar evdən çıxarkən deyil, yalnız polis yoxlama məntəqələrinə yaxınlaşarkən SMS müraciət edirlər.

Qeyd olunanları nəzərə alınaraq, 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Eyni zamanda “E-Təbib” mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəqiqə ərzində cavab təmin olunacaq.

Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir.