Azərbaycanda bir gündə 502 nəfər koronavirusdan sağaldı - 526 yoluxma, 8 ölüm
Kürdə 3 nəfər batıb
Koronavirusla bağlı Çin və Kubadan ekspertlər gələcək
ABŞ-da rekord sayda yoluxma qeydə alındı
"Türkiyə Yunanıstanın işğalına hazırlaşır"
27.06.2020 08:00
Bölmə:Dünya 37 dəfə oxunub

Türkiyədə istehsal olunan “Kaplan” və “Pars” tank əleyhinə sistemlərin uğurlu sınaqları Yunanıstanda narahatlıqla izlənilir.

Versiya.az xəbər verir ki, 26 sistemin Türkiyə Silahlı Qüvvələrinin istismarına verilməsi qonşu ölkədə “işğal” narahatlığına yol açıb.

Türkiyənin yerli hərbi sənayesinin məhsulları yunan mediasında “Türkiyə Meriçdən girib bizi işğal edə bilərmi?” başlığı ilə manşetlərə daşınıb.

Yunanıstanda fəaliyyət göstərən “Penta Postagma” adlı xəbər saytı “Kaplan”ın nümayişini “Türkiyə hazırlaşır” kimi şərh edib. Türkiyənin Yunanıstanın işğalına hazırlaşdığını iddia edən sayt, az qala “həyəcan” komandası verib.