Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər vəfat etdi
“İrana qarşı ssenarilər birbaşa Yerevandan idarə edilir”- Politoloq
“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu”
"...Siyasi, iqtisadi və korporativ maraqlar güdülməməlidir” - Komitə sədri
Həkimi Bəhram Bağırzadənin son vəziyyətindən - DANIŞDI
27.06.2020 09:54
Bölmə:Xəbər 16 dəfə oxunub

Bəhram Bağırzadənin son vəziyyətində müəyyən müsbət dinamika qeyd edilir, lakin ağır olaraq qalır.

 

Versiya.az xəbər verir ki, bunu mətbuta açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

 

Onun sözlərinə görə, Bəhram Bağırzadənin vəziyyəti ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir.

 

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.