“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
“Cəbhə bölgəsində yaşayan insanlarda döyüş əzmi çox yüksəkdir” - Deputat
20.07.2020 10:26
Bölmə:Siyasət 99 dəfə oxunub

"Tovuz rayonunda yaranmış mövcud vəziyyətlə bağlı deputat həmkarlarımla birlikdə Tovuz və Ağstafa rayonlarına olan səfərimiz başa çatdı. Səfər zamanı mövcud vəziyyətlə yaxından tanış olaraq şəhid ailələrini ziyarət edib başsağlığı verdik, yerli əhali ilə ünsiyyətdə olduq".

 

Versiya.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. O qeyd edib ki, insanlarımızda vətənpərvərlik hissi, ordumuzda mənəvi-psixoloji hazırlıq, döyüş əzmi çox yüksəkdir:

"Müşahidələrə əsasən, bildirim ki, orduda xidmət etməyə yaşı çatan hər bir kəs Ali Baş Komandanın əmri ilə hər an vətən uğrunda mübarizə aparmağa hazırdır. Bu da Xalq-Ordu birliyinin sarsılmaz, həqiqi vətənpərvərlik hissinin yüksək olduğunun göstəricisidir.

Tovuz və Ağstafa rayonlarında insanlarla söhbətlərimiz zamanı onlar şəhidlərimizi fəxrlə anaraq heç bir halda doğma yurdlarını tərk etməyəcəklərini, ordumuza dəstək olub şücaətlə mübarizə aparacaqlarını bildirdilər. Əsl vətənpərvərlik də budur! Daim vətən üçün çalışmaq, daim vətən uğrunda mübarizə aparmaq və daim birlik nümayiş etdirmək!".