“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Məktəblərdə tədrisin bərpası üçün göstərişlər hazırlanacaq- Baş infeksionist
23.07.2020 08:44
Bölmə:Sosial 49 dəfə oxunub

Qarşıdakı 1 ay müddətində yoluxma sayındakı rəqəmlər və epidemioloji situasiya təhlil ediləcək, sonra buna müvafiq olaraq təhsil müəssisələrində tədrisin bərpası ilə bağlı qərar veriləcək.

Bunu Modern.az-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.

C.İsayev qeyd edib ki, sanitar-epidemioloji vəziyyət imkan verərsə, arta və ali məktəblərin açılmasından söhbət gedə bilər:

 

“Amma indiki vəziyyətdə bu barədə danışmaq tezdir. Hazırda bütün diqqət yoluxma sayının azalmasına yönəlib. Sentyabrın 15-nə yaxın epidemioloji vəziyyət necə olacaqsa, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ona uyğun qərar veriləcək”.

Baş infeksionist bildirib ki, dərslər bərpa olunacağı halda, bununla bağlı da ayrıca metdoki göstərişlər hazılanacaq:

“Burada dərslərin necə keçirilməsi qaydaları müəyyən olunacaq. Orta və ali məktəblərin açılması epidemiolji cəhətdən situasiyanın gərginləşməsinə səbəb olan faktorlardan biridir. Ona görə də bu işdə çox ehtiyatlı olmağımız lazımdır”.