“2021-ci ilədək vaksin gözləməyin” - ÜST-dən bədbin PROQNOZ
Erməni politoloqdan Paşinyana XƏBƏRDARLIQ: - “Tarixi şok demək olar ki, qaçılmazdır”
Bəynəlxalq təşkilatlardan və konqresdən Azərbaycana - DƏSTƏK
Atam Bakıda “Ağdam bağı” salıb… - Ağdam köçkünü Teyyub Hüseynov
Ermənilərin vurulan PUA-ları məlumat ötürə bilibmi? - ŞƏRH
23.07.2020 08:49
Bölmə:Xəbər 46 dəfə oxunub

“Düşmənin aparatları vaxtında müəyyən edilib”

Xəbər verdiyimiz kimi, iyulun 21-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatları (PUA) məhv edilib.

Həmin gecə ermənilər PUA-lar vasitəsilə gecə saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, səhər saatlarında isə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən hər iki düşmən PUA-sı dəqiq atəşlə məhv edilib.

PUA-ların vurulmasından sonra belə bir sual yaranır: həmin PUA-lar kəşfiyyat xaraterli uçuş zamanı çədiyi görüntüləri onlayn şəkildə ötürə bilirmi?

Üzeyir Cəfərov: “Azərbaycan ordusunun güclənməsini istəmirlər”

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, PUA-lar iki cürdür. Biri kəşfiyyat xarakterli, digəri isə kamikadze PUA-lardır.

“Birinci növ PUA-lar görüntünü onlayn şəkildə ötürür. Ermənilərin PUA-ları çox zəifdir. Bizim PUA-lar müasir standartlara cavab verən PUA-lardır. Vurulan PUA-lar vaxtında müəyyən edilib. Amma buna baxmayaraq, arxayın olmaq olmaz. Nəzarəti ciddi şəkildə artırmaq lazımdır”, - deyə Ü.Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, indi PUA-ları məhv etmədən də ələ keçirmək mümkündür:

“İndi müasir texnika elədir ki, həmin PUA-ları havada müəyyən edərək öz nəzarətinə, idarənə keçirə bilirsən. Bu isə döyüş şəraitində daha bir üstünlükdür”.