Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı - RƏSMİ
Təqiblərə məruz qalan məşhur ŞUŞALI - ARAŞDIRMA
Tofiq Zülfüqarov Türkiyə hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı
“Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...”
Füzulidə suriyalı muzdluların əldəqayırma silahı aşkarlandı - Foto
18.11.2020 13:36
Bölmə:Xəbər 218 dəfə oxunub

İşğaldan azad edilən Füzuli rayonunun kəndlərindən birində suriyalı muzdlular tərəfindən istifadə olunduğu ehtimal olunan əldəqayırma raketatan qurğu aşkarlanıb.

Versiya.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.

“Füzulinin azad olunmuş kəndlərindəyik. Bu əldəqayırma raketatan erməni ordusu tərəfindən yaxınlıqda yerləşən sıx məskunlaşmış kəndlərə qarşı istifadə edilib. Bu cür əldəqayırma sistemlər əsasən Suriyada istifadə olunurdu. Ermənilər Yaxın Şərqdən muzdlular cəlb edib”,- deyə H. Hacıyev qeyd edib.