Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı - RƏSMİ
Təqiblərə məruz qalan məşhur ŞUŞALI - ARAŞDIRMA
Tofiq Zülfüqarov Türkiyə hərbçilərinin gəlməsini istəyənləri “xroniki axmaq” adlandırdı
“Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim...”
Rusiya Qarabağ döyüşləri sırasında Ermənistana ən müasir - SİLAHLAR VERİB
19.11.2020 16:23
Bölmə:Xəbər 34 dəfə oxunub

Ermənistanın sabiq Baş Qərargah rəisi, general Movses Akopyan Qarabağ döyüşləri ilə bağlı açıqlamalar verib.

 

 Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, müharibə sırasında Rusiyanın rəsmi Yerevana  ən müasir silahlar verdiyini etiraf edib.


“Bütün silah daşınmaları gizli həyata keçirilir. Heç bir ölkə müharibə zamanı ərazisindən sizə silah daşınmasına icazə verməz. Müdafiə naziri bunun anlayaraq, bütün silahları öncədən yerli anbalara qoymalı idi. O isə bunu anlamırdı.

Bizə silah tədarükü rusiyalı dostlarımız tərəfindən həyata keçirilirdi. Sentyabrın 30-na qədər baş nazir Paşinyan Putinə zəng etməyə və hərbi yardım istəməyi də ağıl etməyib. Amma Rusiya öz müttəfiqlik funksiyasını yerinə yetirirdi. Biz müharibə dövründə xəyallarımıza gətirmədiyimiz silahaları da Rusiyadan aldıq. Bu bizə müharibənin son günləri düşmənin pilotsuz təyyarələrinə qarşı mübarizə aparmaqda çox kömək etdi” - deyə Akopyan növbəti şok etiraf edib.  

 

Nazir türk “Bayraktar”larını 4 gün müddətində neytrallaşdıra bildiklərini əlavə edib.

“Ən müasir “Pole 21” sistemləri hesabına “Bayraktar”ların qarşısını müvəqqəti aldıq. Amma sonradan azərbaycanlılar pilotsuz aparatlarda dəyişiklik edərək, “Bayraktar”dan yenə bizə qarşı uğurla istifadə etməyə başladılar”.

 

Akopyan Rusiya istehsalı olan “İsgəndər” raketlərinin də Azərbaycana qarşı tətbiq olunduğunu əlavə edib.