Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Paşinyanın arvadı bu hərəkətləri ilə erməniləri qıcıqlandırır - Foto
Şəhid Səid Rəşidzadəyə şeir həsr edilib
24.12.2020 21:00
Bölmə:Poeziya 157 dəfə oxunub
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Səid Rüstəmzadəyə şeir həsr edilib.
Versiya.az xəbər verir ki, şeirin müəllifi şair, yazıçı, jurnalist Kərim Kərimlidir.
Şeiri sizə təqdim edirik:
 
SƏİD RƏŞİDZADƏYƏ
Surətində ana yurdun baharı,
Gülüşündə Xan Arazdır çağlayan.
Aşdın Qarabağda uca dağları,
Milyonlardır sənə ülfət bağlayan.
 
Bir ananın oğlu olmaq asandır,
İndi sənə bütün millət "Can!" deyir.
"Oğul!" deyən bilirdin ki, atandır,
İndi bunu on milyon insan deyir!
 
Vuruşdunuz Vətən üçün, el üçün,
Hər şəhidə ürəyimiz dağlanır.
Təsəllimiz - qələbədir, bir də ki...
Getdiyin yol "ƏBƏDİYYƏT" adlanır.
reklam