YAZARLAR
Bakıda 554 küçə dezinfeksiya edildi - FOTOLAR
02.01.2021 17:46
Bölmə:Fotosessiya 55 dəfə oxunub
02.01.2021 17:46
Bölmə:Fotosessiya 55 dəfə oxunub

Koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq dekabrın 19-da Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda artıq 18-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.
Versiya.az xəbər verir ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilib.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.
.png)