"Dəmir Yumruq" hesabına böyüyən Azərbaycan
Füzulinin Kürdlər kəndi- Video
“Biz çox böyük, səs-küylü həbslər`in şahidi olacağıq” - Çingiz Qəznizadə
“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən
Çörçilin bu portreti 677 min dollara satılır - FOTO
13.01.2021 20:15
Bölmə:Günün Fotosu 41 dəfə oxunub

Böyük Britaniyanın keçmiş Baş naziri Vinston Çörçilin portreti 677 min dollar qiyməti ilə hərraca çıxarılıb.

Versiya.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, "Marrakeşdə səhnə" adlanan əsər Londonun "Kristis" auksionunda satışa çıxarılıb.

Çörçil 1935-ci ildə çəkilmiş bu portretini feldmarşal Bernard Monthomeriyə hədiyyə edib. Bu hədiyyə Baş nazirin feldmarşala olan dərin hörmət və aralarındakı dostluqdan xəbər verir. Bu sözləri auksion evinin nümayəndəsi Nik Orçard bildirib.

O həmçinin əlavə edib ki, bu əsər Çörçilin 1930-cu illərdə çəkilmiş ən gözəl portretidir.

Qeyd edək ki, bir müddət əvvəl Çörçilə məxsus "Tinxerir şəhərinin mənzərəsi" adlı əsər "Sotbis" auksionunda 1,24 milyon dollara satılmışdı.

reklam