SMS icazə ilə bağlı Nazirlər Kabinetindən RƏSMİ AÇIQLAMA - Martın 15-dən...
Son sutkada koronavirus yoluxanların sayı - AÇIQLANDI
Görüş başa çatdı, Paşinyan geri çəkilmədi
Hərbçilərimiz təlim üçün Türkiyəyə yollandı - Fotolar
Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi
18.01.2021 15:51
Bölmə:Şəhidlər 46 dəfə oxunub

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib. 

Bu barədə “Qafqazinfo”ya şəhidin yaxınları məlumat veriblər. Məlumata görə, körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib”.

Qeyd edək ki, 30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. 

 

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Gülnar Əliyeva

 

 

reklam