Prokurorluq Mübariz Mənsimovun azadlığa buraxılmasını tələb etdi - RƏSMİ
Prezident Administrasiyasının rəhbəri azad edilmiş ərazilərlə bağlı toplantı keçirdi
Ermənistan parlamentinin eyvanlarında snayperlər görüntüləndi- Video
Qazinin görmə qabiliyyəti bərpa edildi
Qarabağın qalmaqallı kilsələri- Ermənilərindir, ya albanların?
09.02.2021 17:33
Bölmə:Tarix 3143 dəfə oxunub

Bu şəkildə gördüyünüz "Kilsə" Laçın rayonunun Ağoğlan (Kosalar) kəndinin ərazisindən axan Ağoğlan çayının sahilindəki eyniadlı Ağoğlan Monastrıdır.

Ermənilər deyir ki, bu "Erməni Kilsəsidir", Aztv isə deyir yox, bu "Alban Kilsəsi"dir, Udinlərə məxsusdur. Nəinki, təkcə bu kilsə, Azərbaycan ərazisində nə qədər mübahisəli monastr varsa, ermənilər deyir "bizim kilsədir", "Azərbaycalılar" deyir yox, Udinlərə məxsus "Alban kilsələridir".

Bir nəfər Udin keşiş var, Aztv bu keşişi götürüb, işğaldan azad olunmuş ərazilərdə nə qədər monastr var gəzdirir ki, "ay haray" bəs Qarabağdakı bütün Monastrlar Udinlərə məxsus Alban kilsələridir. Bir şeyi anlayıb araşdıran yoxdur ki, İslamdan əvvəl Azərbaycan ərazisində hansı dövlət və din olub?!

İndiki Azərbaycan, Gürcüstan, Ermənistan ərazilərini və Dağıstanın bir hissəsini əhatə edən Qafqaz Albaniyası adlı dövlət olub. Bu dövlət isə Bizim eradan 400 yüz il əvvəl yaranmış və Bizim eranın 705-ci ilində yadelli işğalçı Ərəb Xilafətinin hücumları nəticəsində süquta uğramışdır. Qafqaz Albaniyası müxtəlif ləhcədə və dildə danışan 26 etnik "əmirlikdən" ibarət olmuşdur. Və bu dövlət yaranarkən əhali Atəşpərəstlik dininə inanaraq Oda sitayiş edirmişlər.

Bizim eranın 3-cü 4-cü əsrlərində Qafqaz Albaniyası xristianlığı qəbul edərək rəsmi dövlət dini elan edilmişdir. Həmin dövrdə xristianlıq yayıldığı üçün ibadət yeri olaraq, yəni 313-cü ildə Laçın rayonundakı Ağoğlan Monastrı - Alban Havari kilsəsi tikilmişdir, yəni bizim ulu babalarımız tikmişdir.

Son 1400 il ərzində Qafqaz Albaniyasında yaşayan xalqların danışığı püxtələşərək bu günkü Azərbaycanlıların danışıq formasına düşmüşdür. Necə ki, indi də Azərbaycanda hər rayonun özünəməxsus danışıq ləhcəsi var. 7-ci əsrdə Ərəblərin Qafqazda islamı yaymağa başlayarkən bütün xalqlara zor gücünə (ona görə qılınc müsəlman deyilir) islamı qəbul etdirdikdə indiki Udinlər xristian olaraq qalmışlar. İndi də Udinlərin bir sıra adətində və dini ibadətində hələdə Atəşpərəstliyin əlamətləri var (Necə ki, biz hələdə odu müqəddəs hesab edirik).

Yeddinci əsrdən islamı qəbul edən bizlər monastr, kilsə yox, Məscid tikməyə başladıq. O ki, qaldı həmin kilsələrin "Udinlərə" məxsus olmağına?! Bu gün yer üzündəki Udinlərin sayı 8-10 min nəfər arasıdır. 1880-ci ildə də siyahıya alınarkən 10 min nəfərə yaxın olublar. Yüz il ərzində nə artıblar, nə də azalıblar. Amma, son 30 ildə Azərbaycan əhalisi 7 milyondan 10 milyonadək artıb.

Udinlər Azərbaycanda isə son siyahıya alınmaya görə təxminən 4 mindən artıqdırlar, bunların 4 minə yaxını Qəbələ, yüzdən bir az çoxu Oğuz rayonunda yaşayırlar. Mən bir şeyi anlada bilmirəm ki, yüz ildə min nəfər belə arta bilməyən bir xalq son 1400 il ərzində onlarla Monastrı - kilsəni ( xristianlıqdan dönmüş milyonlarla müsalmanın içərisində) bütün Azərbaycanda tikməyə nə ehtiyac var, nələrinə lazım idi ki, indiki Azərbaycanın demək olar ki, bütün rayonları ərazisində Udinlər kilsə tikmiş olsunlar. Aztv bir saqqallı kişini qatıb qabağına harda kilsə var aparır ora ki, bəs bu kilsə bu Udinlərindi.

Qafqazda Udinlər Qəbələ rayonunda yaşayırlar. Kəlbəcər və Laçın rayonlarının ərazisində tarix boyu heç vaxt Udin yaşamayıb. Hətta belə at-eşşəyin dövründə Udinlərə lazım idimi 400-500 km yol gedib dağlıq ərazilərdə kilsə tiksinlər?! Yenə qeyd edirəm bu gün Azərbaycanda cəmi sayı 4 minə yaxın olan bir xalq 1500 il bundan əvvəl nə qədər idi ki, azərbaycanın bütün ərazisində kilsə tikmiş olsun?

Qarabağda olan bütün kilsə və monastrlar bu gün Azərbaycanda yaşayan türklərə məxsusdur. Hamısınıda islamdan əvvəl xristian olmuş ulu babalarımız tikmişdir. Necə ki, indi bütün rayon və kəndlərdə məscidlər var. Əgər, yeni bir din gəlmiş olsa, biz həmin dini qəbul etmiş olsaq, min ildən sonra deyəcəklər ki, Azərbaycandakı bütün məscidlər nə bilim "Banqladeşlilərə" məxsusdur!! Bu nədən irəli gəlir?! Biz, həmişə öz tariximizi başqalarının kitabında axtarmağımızdan qaynaqlanır!! Allah axırımızı xeyirli eləsin, Amin!

Müəllif: Vüqar Kərimli.

reklam