03.03.2021 14:21
Bölmə:Xəbər 79 dəfə oxunub

Azərbaycanda ilk dəfə olaraq “İlin Press Fotosu” adlı foto müsabiqə keçirilir
Versiya.az-ın məlumatına görə, “Gilavar” Azərbaycan Foto Klubu Layihə çərçivəsində həyata keçirilən layihə hər il keçirilir.
Müxtəlif ölkələr üzrə təşkil olunan müsabiqədə ən yaxşı fotolar qalib gələrək, mükafatlandırılır.
Müsabiqəyə 2020-ci il ərzində çəkilmiş fotolar qəbul olunacaq. Yarışma ilə bağlı bütün təşkilati məsələlər, o cümlədən fotoların qəbulu, münsiflərin seçimi, müsabiqənin şərtlərinə əməl olunmasına nəzarət “Gilavar” Azərbaycan Foto Klubu tərəfindən həyata keçiriləcək.
Foto müsabiqə rəqəmsal kateqoriya üzrə 6 mövzuda nəzərdə tutulur: Xəbər, Gündəlik həyat, Portret, Təbiət, İdman və Mədəniyyət. Xəbər və İdman mövzuları həm tək foto, həm də hekayə fotosu, digər mövzular isə yalnız tək fotodan ibarətdir.
Qaliblər hər mövzu üzrə seçiləcək: birinci yer, ikinci yer, üçüncü yer.
Qalib gələn fotolar arasından “İlin Press Fotosu” seçiləcək.
Müsabiqə haqqında ətraflı məlumatı http://gilavar.net/musabiqe saytında əldə etmək mümkündür.
.png)