Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Zəngilan sakinlərinin köçürüləcəyi tarix açıqlandı
07.07.2021 12:41
Bölmə: 649 dəfə oxunub

İşğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər”lər və “ağıllı kənd”lər salınmasına start verilib.

Versiya.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının təqdimat mərasimi zamanı deyib.

Nazir müavini bildirib ki, “Gələn ilin yanvar ayında Zəngilanda yaradılan “ağıllı kənd”ə sakinlərin yerləşdirilməsi gözlənilir:

"Bu ərazilərdə beynəlxalq hava limanları da tikilir. Bildiyiniz kimi, Füzulidə hava limanının tikintisi davam edir. Hava limanının bu il sentyabrın 5-də açılacağı gözlənilir”.

reklam