Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
“91-lər”in üzvü, sabiq deputat Kərim Kərimov vəfat etdi
Ermənilər yenə atəşkəsi pozdu
07.07.2021 15:48
Bölmə: 113 dəfə oxunub

İyulun 7-də saat 13:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Versiya.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

 

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

reklam