“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Prezident Erol Özvarı qəbul etdi - Foto
Üçüncü doza vaksin vurulandan sonra yoluxma dayana bilər - Türk alim
20.10.2021 13:01
Bölmə:Gündəm 92 dəfə oxunub

Hazırda dominant mutasiya Delta variantıdır. Laboratoriya sınaqlarında gördüyümüz kimi, hazırladığımız peyvənd onu da neytrallaşdırır. Delta variantına qarşı tam qorunma əldə edilə bilər. Antikor zamanla azalsa da, peyvəndin üçüncü dozasının antikor səviyyəsini yüksəldəcəyini xatırlatmaq vacibdir.

Versiya.az Medicina.az-a istinadla xəbər verir ki, bunu türkiyəli professor Uğur Şahin və Özlem Türeci deyib. Yunanıstanın “İmparatoriçe Theophano” mükafatına layiq görülən alimlər jurnalistlərin suallarını cavablandırıb.

Uğur Şahin bildirib ki, koronavirusa qarşı antikorların nə qədər davam edəcəyini zaman göstərəcək:

“İlk dozadan sonra antikor səviyyələri çox yüksəlir və ümid edirik ki, bu təsir gələn yaza qədər davam edəcək. Sonra antikor səviyyələrinə baxmalı və yeni bir variantın gəlib-gəlmədiyini gözləməliyik. Hazırda onu söyləyə bilərik ki, peyvənd olunanların təhlükəsizliyi qorunur.

Üçüncü doza olmadan xəstəliyin ötürülməsi davam edəcək. Bilirik ki, iki doza vaksin ağır xəstəlikləri xeyli azaldır. Buna görə də, ikinci doza ağır xəstəliklərə qarşı müdafiə təmin edir, lakin üçüncü doza xəstəliyin ötürülməsini tamamilə dayandıracaq”.

reklam