YAZARLAR
Kəmaləddin Heydərov istefa verdi
09.02.2022 11:15
Bölmə:İdman 398 dəfə oxunub
09.02.2022 11:15
Bölmə:İdman 398 dəfə oxunub

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.
Versiya.az xəbər verir ki, mərasim Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.
Konfransda Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ABF-na namizədliyi irəli sürülüb.
Mərasim iştirakçıların səs çoxluğu ilə S.Babayev federasiyanın yeni prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.
K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.
.png)