Prezident birinci xanımla Füzuli və Cəbrayıla getdi
Millət vəkili Goranboyda vətəndaşları qəbul edib - FOTO- Fotolar
Britaniya səfiri Naxçıvandan İrana salam göndərdi
Gömrük Akademiyasında görüş keçirildi - Fotolar
Rublun gələcək taleyi necə olacaq?- Millət vəkilindən ŞƏRH
12.05.2022 11:14
Bölmə:İqtisadiyyat 233 dəfə oxunub

Rusiya valyutasının dollara nisbətən yenidən dəyər itirməsi gözləntiləri yüksəkdir. 

Versiya.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, biznes yeni bazarlar, rusiyalı turistlər isə yeni ölkələr axtarır:

"Deməli, yenidən idxalın artması və tursit səfərlərinin sayının çoxalması müşahidə olunacaq. Bu isə rubla tələbi yenidən artıracaq. Digər tərəfdən, valyuta bazarındakı məhdudiyyətləri uzun müddət saxlamaq real deyil və bu da kursa təsir göstərəcək. Müharibə davam edərsə, Qərb mərhələli şəkildə Rusiya enerji məhsullarının idxalından imtina edəcək və sanksiyalar iqtisadiyyata daha təsirli olacaq ki, bu da rubla təsirsiz ötüşməyəcək. 

Məhdudlaşdırıcı alətlərə baxmayaraq yenidən rublun dollara nisbətən ucuzlaşması istisna deyil. Rubl üçün ən çətin an Avropa İttifaqının Rusiyanın enerji məhsullarının alışından imtina etməsi ola bilər.  Bu halda Avropaya yalnız neft ixracatından Rusiya illik 104 milyard dollar itirəcək. Digər daxilolmaların, xüsusən də mavi qaz satışından gəlirlərin azalmasını da nəzərə alsaq, valyuta bazarındakı tarazlığın uzun müddət qorunub saxlanılması asan olmayacaq".

reklam