Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Memorandum strateji əhəmiyyət daşıyır
Goranboyda ağır qəza - Ana öldü, oğlu yaralandı
İlham Əliyev Emoməli Rəhmona zəng etdi
Yoluxma kəskin azaldı
Məcburi köçkünlərin kvalifikasiyasına başlanıldı
01.08.2022 13:07
Bölmə:Sosial 227 dəfə oxunub

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi Təhsildə Keyfiyyət TəminatI Agentliyi (TKTA) ilə birgə məcburi köçkünlərin kvalifikasiyasının tanınması, özünüməşğulluq imkanlarının artırılması və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək xarakterli birgə əməkdaşlıq layihəsi həyata keçirilir. 

Dövlət Komitəsindən Versiya.az-a verilən məlumata görə, ilkin mərhələdə 40 nəfərdən ibarət məcburi köçkünün iştirak etdiyi layihənin əsas məqsədi böyük qayıdışda iştirak edəcək reinteqrantların dayanıqlı məşğulluğu və adaptasiyasının təmin edilməsidir. 

Layihənin hədəf qrupu formal təhsil ala bilməmiş məcburi köçkünlərdir. Həmin şəxslərin qənnadçı-şirniyyatçı, tikiş avadanlıqlarının operatoru-tikişçi, bərbər, plastik boru qaynaqçısı ixtisasları üzrə bilik və bacarığının artırılması və sonda dövlət nümunəli (ilk peşə təhsili üzrə sənədə bərabər) təhsil sənədinin verilməsi nəzərdə tutulub.

 

reklam