Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Prezident “İskəndər M”lə bağlı cavab tələb etdi
12.04.2021 16:26
Bölmə:Siyasət 115 dəfə oxunub

“Ermənilər Şuşanı bu “İskəndər M” raketlərindən atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda?! Bu raketlər olmamalı idi”.

Versiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman deyib. 

Dövlət başçısı bildirib ki, artıq bu, əyani sübutdur: “Ermənistanın hərbi cinayətinin sübutudur. Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün Şuşanı qədim şəhərimizi Ermənistan “İskəndər M” rakateləri ilə məhv etməyə çalışırdı. Biz Şuşanı azad edəndən sonra bundan istifadə etdilər.

Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.

 

reklam