Yetkinlik yaşına çatmayana siqaret satan şəxs cərimələndi
Gənclər və idman naziri kim olacaq? - Adlar, ehtimallar...
İlham Əliyev Gürcüstan baş nazirini qəbul etdi
Küləkli hava nə qədər davam edəcək? - AÇIQLAMA
Xudayar Yusifzadəni təhqir edənin döyülməsilə bağlı DİN-dən - AÇIQLAMA
29.04.2021 10:22
Bölmə:Kriminal 185 dəfə oxunub

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçisi Fuad Rəsulzadənin döyülməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.

Versiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Modern.az-a bildirilib ki, yayılan videogörüntülərdən xəbərdardırlar.

“Videogörüntülərdən məlumatlıylıq. Vətəndaşa fiziki təzyiq göstərməklə onu döyməkdə şübhəli şəxslərin müəyyən olunması istiqamətində müvafiq tədbirlər davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Tvitterdə “Əhməd” adlı hesabdan “Xudayar çoxdandı təzə mahnı buraxmır” deyə ironik paylaşım edilib. Fuad Rəsulzadə həmin sözləri özünün yazdığını açıqlayıb.

Daha sonra sosial şəbəkələrdə F.Rəsulzadənin döyülməsini əks etdirən görüntülər yayılıb.

reklam