"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
İtkin düşmüş daha bir hərbçinin nəşi tapılıb- Foto
05.05.2021 12:24
Bölmə:Şəhidlər 153 dəfə oxunub

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

Versiya.az APA-ya istinadən xəbər verir ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən 1990-cı il təvəllüdlü Mingəçevir sakini olan döyüşçü Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.

Müharibənin ilk günü itkin düşən Pərvizin şəhid xəbəri gəldi

reklam