Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
İntihar edən filial müdirinin oğlu xərçəngdən ölübmüş
17.05.2021 16:02
Bölmə:Kriminal 120 dəfə oxunub

Xəbər verdiyimiz kimi, bu gün “Kapital Bank”ın filial müdiri Mahir Sultanov intihar edib.

Versiya.az-ın Unikal.org-a istinadən məlumatına görə, mərhum 1 il öncə 11 yaşlı övladını xərçəngdən itirib.  

Belə ki, Mahir Sultanov övladının sağlamlığı üçün bütün əmlakını satsa da, onu xilas edə bilməyib. Azyaşlı oğlunun ölümü ilə o, tamamilə sarsılıb və sonda intihar edərək həyatına son qoyub.

Xatırladaq ki, 1981-ci il təvəllüdlü M. Sultanov mayın 17-də saat 07 radələrində yaşadığı mənzildə turnikə bərkidilmiş kəndirlə özünü asaraq öldürüb. O, "Kapital Bank”ın Xəzər rayon filialının müdiri vəzifəsində çalışıb. 

reklam