"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
“Avroviziya-2022” Şuşada keçirilə bilər?
21.05.2021 12:44
Bölmə:Şou 216 dəfə oxunub

Niderland Krallığının Rotterdam şəhərində keçirilən  “Avroviziya -2021” mahnı müsabiqəsində Azərbaycan ifaçısı Samirə Əfəndi finala çıxıb. O, finalda “Mata Hari” mahnısı ilə 21-ci nömrə altında oxuyacaq.


Samirə Əfəndinin ifasını bəyənən bəzi sənət adamları onu hətta “Avroviziya-2021”in qalibi kimi görür. Mahnı yarışmasını izləyənlərin bəzləri sosial şəbəkələrdə yazdıqları qeydlərində Azərbaycanın 1-ci yeri tutmasını və “Avroviziya-2022”in Şuşada keçirilməsini arzulayırlar.
 

Versiya.az xəbər verir ki, “Avroviziya-2011”in qalibi Eldar Qasımov sabah keçiriləcək final haqqında Modern.az-ın əməkdaşı ilə söhbətləşib.

Eldar Qasımov da növbəti “Avroviziya” yarışmasının Şuşada keçirilməsini arzulayanlardandı:

“Avroviziya 2022”nin Şuşada keçirilməsi çox möhtəşəm bir hadisə ola bilər. Çoxları kimi mən də bunun arzusundayam”.


Lakin E.Qasımov “Avroviziya-2022”nin Şuşada keçirilməsinin çətinliklərdən də söz açıb.

“Şuşada “Avroviziya” müsabiqəsinin keçirilməsi üçün öncə orada infrastruktur, hava limanı və otellər olmalıdır. Əsas məsələ isə böyük bir konsert zalının hazırlanmasıdır”.


E.Qasımov deyib ki, builki “Avroviziya” mahnımız fərqli janrdadır:



“Dünən ikinci yarımfinal keçirildi və gördüm ki, Azərbaycandan başqa Şərq üslublu mahnı ilə çıxış edən yoxdur. Biz yarışmada ilk növbədə musiqimizlə seçilirik. Təmsilçimiz Samirə Əfəndi isə işinin öhdəsindən çox gözəl gəldi. Yarışmanın yaxşı sonluqla bitəcəyini düşünürəm. Bu elə bir müsabiqədir ki, əvvəlcədən hər şeyi bilmək olmur, sadəcə 3 dəqiqə vaxt verilir və sən bu üç dəqiqə içərisində insanları valeh etməli, onların yaddaşında iz qoymalısan. Hər şey üç dəqiqəlik çıxışdan asılıdır, bu səbəbdən nə baş verəcəyini bilmirik. Eyni zamanda, digər iştirakçıların özünü necə göstərməsindən də çox şey asılıdır. Ümidvaram ki, hər şey çox yaxşı olacaq”.


Qeyd edək ki, Samirə Əfəndinin “Mata Hari” mahnısının müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı Birinci Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.


Mayın 22-də keçiriləcək finalda 26 ölkənin təmsilçisi iştirak edəcək.

Final mərhələsində Azərbaycan, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika, Ukrayna, Albaniya, Serbiya, Bolqarıstan, Moldova, Portuqaliya, Böyük Britaniya, İspaniya, Fransa, Niderland, İtaliya, İslandiya, San-Marino, İsveçrə, Yunanıstan və Finlandiyanın iştirakçısı çıxış edəcək.

reklam