"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
Koronavirusa yoluxanların sayı açıqlandı - ölüm faktı qeydə alınmayıb
Sabah İranda prezident seçkiləridir: - Azərbaycan türkləri kimə “hə” deyəcək?
Azərbaycanla Türkiyə beşinci nəsil silahlar istehsal edəcək- ŞƏRH
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlandı
07.06.2021 16:09
Bölmə:Xəbər 49 dəfə oxunub

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan verilən məlumata görə, mayın 31-dən iyunun 6-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 224, tank əleyhinə 36 mina və 42 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 590 892 m² (159 ha) ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

reklam