Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
"Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar"- Elxan Şahinoğlu
17.06.2021 17:32
Bölmə:Siyasət 135 dəfə oxunub

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan bu gün türkiyəli jurnalistlərə deyib ki, Türkiyənin Azərbaycanda hərbi baza yaratması istisna deyil və bu Şuşa bəyannaməsinə uyğundur.

Versiya.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün sosial şəbəkə hesabından Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanın sözügedən məsələ ilə bağlı açıqlamasını işıqlandırmayan Azərbaycan mətbuatına irad bildirərkən deyib: "Bu xəbər Türkiyə, Rusiya, hətta Ermənistandakı saytlarda yayılıb. Bizdə isə bu xəbəri yayanların və başlığa çıxaranların sayı çox deyil, demək Ramiz Mehdiyevin ardıcılları hələ meydan sulamaqdadırlar. Onlardan qorxmayın, ürəkli olun!"

reklam