Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
Gənc yazarın kitabı təqdim edildi
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
Kəlbəcərdə snayperlə vurulan hərbçimizin atası da şəhid imiş...
İlham Əliyev 98-ci ildönümdə tarixi dəyişdi - Sensasiya
08.07.2021 13:57
Bölmə:Xəbər 192 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 iyul 2021-ci il tarixində imzaladığı "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını yaratdı.

Versiya.az xəbər verir ki, 7 iyul tarixi həm də Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yarandığı gündür. DQMV məhz 1923-cü il iyulun 7-sində Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə yaradılıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə inzibati ərazi vahidi kimi de-yure ləğv edilib.

Ermənistanın tam kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsi (2020, 10 noyabr) isə Dağlıq Qarabağ Muxtar Vilayətinin de-fakto tarixin arxivinə gömülməsini təmin edib.

Beləliklə, Prezident İlham Əliyev bir daha təsdiqlədi ki, bütün addımlarını incəliyinə qədər ölçüb-biçir, tarixləri, günləri və anları dəqiqliyi ilə seçir.

İlham Əliyev məhz DQMV-nin sovet-bolşevik təsiri ilə yaradıldığı tarixdə Dağlıq Qarabağı arxivə gömən Tarixi Fərman imzaladı və Qarabağı iqtisadi bölgəyə çevirdi. Eyni zamanda, “Şərqi Zəngəzur” terminini Azərbaycanın hüquqi leksikonuna daxil etdi.

Turan Rzayev

reklam