Bu günə yoluxanların sayı açıqlandı
Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
İran bu gün də Xankəndiyə silah yollayır - Laçın koridorunda yaranan tıxac
23.07.2021 22:44
Bölmə:Gündəm 169 dəfə oxunub

“Müharibə başlayandan, ondan əvvəlki dövrlərdə də onlar Azərbaycanın əleyhinə və ermənilərin xeyrinə birgə hərəkət edirdilər. Molla rejimi bu gün də özünün bütün imkanlarından istifadə edərək o ərazilərə, xüsusən Xankəndiyə lazım olan yanacaq, tikinti materialları və digər ehtiyac olan hərbi avadanlıqlar belə göndərirlər”.

Versiya.az xəbər verir ki, bu sözləri Bizim.Media ilə dialoq zamanı politoloq Qabil Hüseynli açıqlayıb

Siyasi ekspertin sözlərinə görə, bu barədə sülhməramlılar da bəlli bir təlimat alıblar:

“Sülhməramlılar da aldıqları təlimatı yerinə yetirirlər. Məncə, Laçın koridoruna nəzarəti Azərbaycan öz əlinə götürməsə, başqa cür olmayacaq”.

Qeyd edək ki, son günlər bəzi yerli sosial media və əcnəbi mətbuat orqanlarında xəbərlər yayılıb ki, İran və Fransaya məxsus avtomobillər Laçın dəhlizi ilə hərəkət edirlər. 5 illik sülhməramlıların məsuliyyət zonasına verilən dəhlizdə isə hərəkət yalnız ruslara və Qarabağa köçürülən ermənilərə aid olunur. Azərbaycan Xarici İşlər Nazirliyinin də bəyan etdiyi kimi, hətta Ermənistan hökumətinin üzvləri də Xankəndiyə getmək istəsə, Bakıdan icazə alınmalıdır.

Yəni, bu şərt vətəndaşları Qarabağa köçürülən Ermənistana da aiddirsə, Rusiya istisnası ilə digər dövlətlərin həmin əraziyə daxil olması yolverilməzdir. 

Amma deyəsən sülhməramlı missiya bəzi müddəaları unudub. Belə olan halda isə “Rüstəm Muradov komandası”nın məsuliyyət zonası darala bilər. Politoloqlar bu fikirdədir.

reklam