Bu günə yoluxanların sayı açıqlandı
Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı- Fotolar
Prezidentdən şəhid ailələri və qazilərlə bağlı yeni sərəncam
Jurnalist Bülbülün ev muzeyinə direktor təyin edildi- Foto
Tanınmış tərcüməçi Sevil Gültəndən Aydın Quliyevə ağır sözlər
23.07.2021 23:18
Bölmə:Xəbər 260 dəfə oxunub

Tanınmış tərcüməçi Sevil Gültən "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevi qızına kömək etməməkdə ittiham edib. 

Versiya.az xəbər verir ki, Sevil Gültən bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb: "Mənim Gültən qızımın əsas iş yeri başqa saytıdır. Bu vaxtacan işlədiyi hər yerdə onu işə can yandıran, məsuliyyətli işçi kimi tanıyıblar. Gültənin bir xasiyyəti var. İşləmədiyi saytlarda da kobud korrektə, yaxud redaktə səhvləri görəndə həmin səhvləri kopyalayıb o saytın rəhbərinə, yaxud hansısa işçisinə yollayır ki, səhvi düzəltsinlər. Aprel ayında "Bakı-xəbər" saytında bir neçə dəfə səhv tapdı. Bir gün saytın redaktoru Aydın Quliyev ona təklif etdi ki, gün ərzində saytda müəyyən işləri yerinə yetirsin. Aprelin 15-dən sonunadək Gültən onun tapşırdığı işləri yerinə yetirdi. Ayın sonunda redakror onu iş yerinə çağırıb 50 manat verdi. Onu da əlavə edim ki, Gültənin bir gözündə anadangəlmə qüsur var. Demək olar bir gözündə görmə yoxdur. Əgər imkanım olsa imkan vermərəm o gün ərzində komputer arxasında otursun. Nəysə, may, iyun aylarında, ayın 25-də Aydın Quliyev mənim qızıma 100 manat maaş verdi.

Son 20 gün ərzində iki dəfə ev dəyişmişik. Köçməyin nə demək olduğunu bilənlər məni yaxşı başa düşər. Bir ayda iki dəfə ev dəyişməyi düşmənə də arzulamıram.

Maddi baxımdan çətin bir ay yaşadıq. Gültənə dedim ki, həmin Aydın müəllimə desin bu ayın maaşını bir az tez versin. Yəni 3-4 gün qabaq. Gültən ona whatsapp-da yazsa da mesajına cavab gəlmədi. Bu gün özüm zəng etdim ona. Bu ay maddi çətinliyimiz olduğunu dedim, xahiş etdim ki, Gültənin maaşını ( cəmi 100 manat) bugün versin. Dedi ki, məni başa düşür, ancaq bu, qəti mümkün deyil. Dedim, ay qardaş, min manat deyil, 2 min deyil ki, gücünüz çatmasın, yəni sizin 100 manatınız yoxdur? Yenə də eyni sözü təkrar etdi , əlavə etdi ki, Gültən bu ay zəif işləyib. Bildirdim ki, ola bilər, çünki köçhaköçdə bütün günü işlə məşğul olmaq mümkün deyil.

O deyəndə ki, məni başa düşür, dözə bilmədim. Dedim ki, siz də mənim vəziyyətimdə olub bir ayda iki dəfə ev dəyişsəniz, ən azı 150 manatı taksilərə versəniz, maklerlərdə 100 manat pulunuz batsa məni başa düşərsiniz.

Nə desəm də Aydın Quliyev , özünü ziyalı hesab edən şəxs 100 manatı bugün verməyə razı olmadı.

Sonra isə Gültənə mesaj yazıb ki , bəs niyə mən ona zəng etmişəm. Gültən də mesajına cavab olmadığı üçün mənim zəng etdiyimi yazıb. Nəhayət, dövlətdən hər 15 min pul alan redaktor insafa gəlib bu gün Gültənə 50 manat verməyə razı olub. 50 manat isə birinci günü verəcəyini deyib. Onu da yazıb ki, daha Gültənlə əməkdaşlıq etmək istəmir, ona daha yüksək maaşlı yerdə iş arzulayıb.

Budur dövlətin hesabına varlanan insanın siması. Dövlətdən özünə, qohum -əqrəbasına eyni mərtəbədə ev alan insanın zəhmət çəkən, öz gücüylə ayaq üstə durmağı bacaran , qazandığı pulu kirayədə qaldığı evlərə xərcləyən insana olan münasibəti. Mənim fikrimcə, Aydın Quliyev mənim qızımı “ qul” kimi işlədib. Əvvəla, müqəviləsiz iş olmur. 100 manat maaş olmur. Əgər Gültən əlacsız qalıb onun verdiyi maaşla razılaşıbsa bu o demək deyil ki, Gültən əməyinə dəyər vermir. Təəssüf ki, mediada aydınlar çoxdur. Təəssüf ki, dövlətdən minlərlə manat pul alan bəzi dırnaqarası redaktorlar həmin pulları şəxsi pulları kimi istifadə edirlər.

P. S. Ola bilər bu statusumu Aydın Quliyevə çatdırsınlar və o da hirslənib Gültənin 50 manatını vermək istəməsin. Belə olsa , bugün verdiyi pulu da ona qaytaracam, bəlkə var-dövlətinin üstünə 50 manat əlavə edilsə daha da varlanar. Ac gözləri doyurmaq çox çətindir"

 

reklam