Azərbaycana iki minaaxtaran it gətirildi
Azərbaycan Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi qurdu
3477 şagird koronavirusa yoluxub
İran prezidenti Azərbaycanla sərhədə gəldi
Sündü kəndində su təchizatı yenidən quruldu - Foto
01.10.2021 16:48
Bölmə:Sosial 121 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qobustan rayonunun Sündü kəndinin Yeni yaşayış massivində içməli su layihəsinin icrası yekunlaşıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyata keçiridiyi layihə çərçivəsində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılaraq istismara verilib. 

ASC-dən Versiya.az-a bildirilib ki, Sündü kəndinə içməli suyun verilməsi ilə bağlı keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Qobustan rayonunda həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, rayonun Sündü kəndində icra olunan layihə sakinlərin sosial-məişət problemlərinin həlli baxımından mühüm əhəmiyyət daşıyır. 

“Azərsu” ASC-nin şöbə rəisi Şöhrət Süleymanov bildirib ki, hazırda daxili imkanlar hesabına bir sıra kənd və qəsəbələrdə içməli su layihələri həyata keçirilir. Qobustan rayonunun Sündü kəndində icra olunan layihə çərçivəsində mövcud sistemlərin yenidən qurulması ilə yanaşı, yeni infrastrukturlar da yaradılıb. 

Kənd sakinləri içməli su probleminin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, bu kəndlərdə içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər suyu uzaq məsafədən daşıyır və ya maşınlarla alırdılar. 

“Azərsu” ASC-nin daxili imkanları hesabına icra olunan layihə çərçivəsində Sündü kəndinin içməli su ilə təmin etmək üçün Qırxbulaq mənbəyində bərpa işləri aparılıb. 2 yeni nasos quraşdırılıb, həcmi 50 kubmetr olan sutoplayıcı anbar tikilib. Su mənbəyindən Yeni yaşayış massivinə polad borularla 3,5 km uzunluğunda magistral su kəməri çəkilib. Mənbədən gətirilən su kəndin relyef baxımından yüksək hissəsində yerləşən və hər birinin tutumu 50 kubmetr olan 2 su çəninə toplanaraq özüaxımlı rejimdə yeni tikilmiş şəbəkəyə ötürülür. Yeni yaşayış massivində 6 km paylayıcı su şəbəkəsi yaradılıb və 150 evin hər birinə birləşmə verilərək sayğaclar quraşdırılıb. 

Layihə çərçivəsində Vətən müharibəsində şəhid olmuş Zamin Ağayevin xatirəsinə yaradılmış şəhid bulağına suyun verilməsi təmin edilib. Yeni layihənin icrası nəticəsində Sündü kəndinin Yeni yaşayış massivi adlanan ərazisində 1000-ə yaxın sakin dayanıqlı içməli su ilə təmin olunub. 

Qeyd edək ki, bu layihədən əvvəl Qobustan rayonunun Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də içməli su layihələri həyata keçirilib və həmin kəndlərin 4 minədək sakininin içməli su problemi həll edilib.

Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image Qobustanın Sündü kəndində mərkəzləşdirilmiş su təchizatı sistemləri istismara verilib (FOTO) - Gallery Image

reklam