Şəhid oğlu Füzuli RİH-də işə qəbul olunub
“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Tanınmış jurnalistdən bahalaşmaya maraqlı etiraz
23.11.2021 15:41
Bölmə:Ədəbiyyat 431 dəfə oxunub

Tanınmış jurnalist Kərim Kərimli son dövrlər ölkədə baş verən süni qiymət artımına özünün sosial şəbəkə hesabından maraqlı münasibət bildirib.

Versiya.az xəbər verir ki, o, bahalaşmaya etirazını facebookda paylaşdığı statusunda yumorla bildirib:

“Günlər, həftələr, aylar keçdikcə daha da sağlamlaşdığımı, möhkəmləndiyimi, gücləndiyimi hiss edirəm.

Əvvəllər mağazalardan, bazardan yüz manatlıq al-ver edəndə zənbillərə gücüm çatmırdı, təkcə apara bilmirdim. İndi yüz manatlıq ayın-oyun alıram, zənbili də quş kimi oynada-oynada, yellədə-yellədə, fırlada-fırlada, aparıram evə...”

 

reklam