“Bayraktar”lar havaya qaldırıldı - Video
Laçında 2 500 ağac əkildi - Fotolar
Mətbuat Şurası Rövşən Cahangirovun jurnalistə qarşı hərəkətini pislədi
Prezident Erol Özvarı qəbul etdi - Foto
“Brüssel görüşü “protokol“ xarakteri daşıyır, bütün məsələlər Soçidə həll olunacaq“ - Erməni KİV
25.11.2021 12:32
Bölmə:Siyasət 181 dəfə oxunub

"Dekabrın 15-də Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Nikol Paşinyanın İlham Əliyevlə görüşü gözlənilir. Görüş təşəbbüsü Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişele məxsusdur. Bu görüş ərəfəsində məlum olub ki, sabah, noyabrın 26-da Soçidə təşəbbüskarı Rusiya Federasiyasının prezidenti olan Putin-Paşinyan-Əliyev üçtərəfli görüşü baş tutacaq".

Versiya.az xəbər verir ki, bunu “Past” qəzeti yazıb.

Erməni nəşri mövzunu davam etdirərək qeyd edib:

"Noyabrın 26-da keçiriləcək görüş əvvəlcədən planlaşdırılmayıb, yəni dekabrın 15-də keçiriləcək görüşün “preambulası” kimi Soçidəki görüş “kortəbii olaraq” gündəliyə salınıb. Üstəlik, məlumat var ki, Soçidə tərəflər delimitasiya və demarkasiya üzrə müvafiq komissiyanın yaradılması ilə bağlı ilkin razılığa gələcək. Yeri gəlmişkən, bunu mətbuat konfransı zamanı Nikol Paşinyan da təsdiqləyib.

İmzalanacaq potensial sənəddə qeyd olunacaq ki, Ermənistan və Azərbaycan komissiya formalaşdıraraq delimitasiya və demarkasiya üzərində işləməyə başlayırlar.

Mənbələrimizin məlumatına görə, bu günlərdə Nikol Paşinyan komissiyaya daxil ediləcək şəxslərin ilkin siyahısını artıq hazırlayıb və dekabrın 15-dək adlar rəsmən açıqlanacaq. Əslində, ekspert dairələrinin fikrincə, Brüssel görüşü əsasən “protokol” xarakteri daşıyacaq, çünki əsas məsələlər artıq Soçidə həll olunacaq”.

reklam