Məşhur aktrisa Fatma Girik vəfat etdi
Cəbrayıl polisi əməliyyat keçirdi:- Bir nəfər saxlanıldı
Metroda soyğunçuluq: - Qadının telefonunu əlindən aldılar
Polis şöbəsindəki qətlə görə general-polkovnik orqandan qovuldu
Bu il neçə min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub?- AÇIQLAMA
07.01.2022 15:54
Bölmə:Xəbər 122 dəfə oxunub

Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40.000 ha ərazinin təmizlənməsi planlaşdırılır. 

Versiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib. 

Onun sözlərinə görə, ANAMA-nın öhdəliyinə düşən ərazi 20.000 ha təşkil edir. 

"Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Bildirim ki, yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər Əsas Humanitar Minaaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, eləcə də Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya üzrə kurslardan ibarətdir", - deyə o bildirib.

reklam