Minsk qrupunun məqsədi torpaqlarımızı əbədi işğal altında saxlamaq idi- Prezident
Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin! - TƏKLİF
İlham və Fərizə Sevgililər Günündə ziyarət olundu
Bakının bu ərazilərində su kəsiləcək
Azərbaycanda tanınmış jurnalist reanimasiyaya yerləşdirildi
19.05.2022 12:47
Bölmə:Xəbər 176 dəfə oxunub

Tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimlinin səhhətində ciddi problem yaranıb.

Versiya.az xəbər verir ki, bu barədə jurnalistin dostları sosial şəbəkədə bildiriblər.

Q.İbrahimli mayın 18-də axşam saatlarında Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Q.İbrahimlinin şəkər xəstəliyi də var.

Ağır vəziyyətdə olan jurnalistin hazırda müalicəsi davam etdirilir.

Həmkarları hadisə ilə əlaqədar Mətbuat Şurasına müraciət edərək, Q.İbrahimliyə dəstək verilməsini istəyiblər.

reklam