Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
İndiyədək necə nəfərdən meymunçiçəyi testi götürülüb?- Rəsmi
01.08.2022 12:45
Bölmə:Gündəm 75 dəfə oxunub

Azərbaycanda indiyədək meymunçiçəyi virusuna yoluxma faktı qeydə alınmayıb. 

Versiya.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd olunub ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeydə alınarsa, xəstəlik hallarının PZR üsulu ilə laborator diaqnostikası üçün bütün imkanlar mövcuddur. 

Meymunçiçəyi testlərinin istifadəsinə gəldikdə isə nazirlikdən bildirilib ki, bu günə qədər iki şübhəli hal müəyyənləşdirilib: 

"Şübhəli müraciət edən şəxslərdən test nümunələri götürülərək, Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Laboratoriyadan götürülən testlərin nəticəsinin neqativ olduğu bildirilib"

reklam