Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
“Qarabağ” ÇL-da növbəti matçına çıxır
03.08.2022 10:47
Bölmə:İdman 62 dəfə oxunub

Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Versiya.az xəbər verir ki, son oyun günündə də 5 görüş keçiriləcək.

Günün ilk qarşılaşmalarında Azərbaycan çempionu "Qarabağ" Macarıstan "Ferentsvaroş"unu, Norveçin "Budyo Qlimt" komandası Litva "Jalgiris"ni sınağa çəkəcək.

Bundan başqa, Hayfa "Makkabi"si İsraildə Kipr "Apollon"u, Kiyev "Dinamo"su Polşada Avstriyanın "Şturm" klubu, "Srvena Zvezda" isə Serbiyada Ermənistan "Pünik"i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

20:00. “Budyo Qlimt” (Norveç) – "Jalgiris" (Litva)

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr)

22:00. “Dinamo” (Kiyev, Ukrayna) - “Şturm” (Avstriya)

22:45. “Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan)

Qeyd edək ki, bu mərhələnin cavab oyunları avqustun 9-da oynanılacaq.

reklam