Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ermənilər “Laçın dəhlizi”nə alternativ yolun tikintisinə başladlı
Paşinyan nazirləri təcili TOPLADI - Gündəm Qarabağdır
Ağalıya daha 727 nəfər köçürüləcək- RƏSMİ
Antiterror əməliyyatı başladı - Şəhidimizin qisası alındı
03.08.2022 14:43
Bölmə:Gündəm 58 dəfə oxunub

Bu gün Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib. 

Versiya.az erməni mediasına istinadən xəbər verir ki, əməliyyat nəticəsində 4 silahlı məhv edilib, azı 15 separatçı yaralanıb. 

Bundan əvvəlki xəbərlərdə 8 terrorçunun yaralandığı, 3-nün öldüyü bildirilirdi. 

Məlumata görə, antiterror əməliyyatına Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra başlanılıb.

 

Qeyd edək ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Ordumuzun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Separatçıların təxribatı nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. 

reklam